Foto: “Forbes”

 

“Forbes” nəşri milyarderlərin sayını açıqlayıb.

Siyahıya amerikalılar liderlik edirlər.

“Forbes” jurnalı 2026-cı il üçün qlobal milyarderlər siyahısını açıqlayıb. Sayca 40-cı ilin siyahısında həm milyarderlərin sayı, həm də onların ümumi sərvəti bütün dövrlərin ən yüksək həddinə çatıb.

Jurnalın açıqlamsına görə, hazırda dünyada 3 428 nəfər milyarder var. Bu, 2025-ci illə müqayisədə 400 nəfər çoxdur. Milyarderlərin sərvəti 20,1 trilyon dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 4 trilyon dollar çoxdur.

ABŞ milyarderlərin sayına görə hələ də siyahıda liderliyini qoruyur. Bu ölkədə 989 milyarder var və onların sərvəti 8.4 trilyon dollardı. 2-ci yeri 610 milyarderlə Çin, 3-cü yeri 229 milyarderlə Hindistan tutur.

2026-cı ilin fevral ayının məlumatına görə dünyanın ən zəngin adamı 852 milyard dollar sərvətə sahib olan İlon Maskdı.
Bu il NVİDİA-nın qurucusu Jensen Huang ilk dəfə olaraq 154 milyard dollar sərvətlə siyahıda ilk 10-luğa daxil olub.

“Politfm”