Foto: “Armenpress”
Bazar günü Ermənistanın Dilican şəhərində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasında görüş olub.
Tərəflərin yaydığı bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin müzakirə edildiyi bildirilib. Qeyd olunub ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimadın bərpası məsələsinə xüsusi diqqət ayrılıb.
Bu, Hacıyevin Ermənistana ilk səfəridir. Bundan öncə Ermənistanı baş nazirin müavini Şahin Mustafayev ziyarət etmişdi.
Hikmət Hacıyevin səfəri Ermənistanda gərgin keçən parlament seçkisindən cəmi bir həftə sonra baş tutub. Bu, Azərbaycandan Ermənistana seçkilərdən sonrakı ilk rəsmi səfərdir.
Paşinyanın Mülki Müqavilə Partiyası bu seçkidə qələbə qazanaraq höküməti təkbaşına formalaşdırmaq haqqı əldə edib. Amma partiya konstitusion çoxluq əldə edə bilməyib.
Bakı sülh müqaviləsi imzalamaq üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsini gözlədiyini deyir. Ermənistan isə seçkidən əvvəl bildirmişdi ki, yeni konstitusiya layihəsi hazırdır, referendum 2027-
ci ildə keçiriləcək.
“Politfm”



