Foto: “Salem Entertainment”
Ceki Çan “Tanrının zirehi IV: Ultimatum” (Armour of God IV: Ultimatum) filmini Qazaxıstanda çəkəcək.
Bu haqda “Variety” nəşri məlumat yayıb.
Film Çanın Mərkəzi Asiya regionunda ilk işi olacaq.
Filmin rejissoru Robert Kun, prodüsseri “Salem Entertainment” şirkətidir. İyul ayında çəkilişlərə başlamaq, gələn ilin ikinci rübündə ekranlara çıxarmaq planlaşdırılır.
Film Qazaxıstanla bağlı film və media layihələrinin beynəlxalq nüfuzunu artırmaq üçün yaradılmış, Astana Beynəlxalq Maliyyə Mərkəzində (AIFC) qeydiyyatdan keçmiş “Alem Fund” təşkilatının dəstəklədiyi altı layihədən biridir.
“Tanrının zirehi IV: Ultimatum” filmi Ceki Çanın canlandırdığı məşhur personajın – “Asiya Qırğısı”nın hekayəsi davam etdirir.
Nəşrin yazdığınq görə, filmin bəzi hissələri Azərbaycanda çəkiləcək.
“Politfm”



