Foto: AFP VİA
Kompüter nəhəngi “Microsoft” şirkətinin qurucusu, xeyriyyəçi Bill Geyts iyun ayında ABŞ Konqresinin pedofil Ceffri Epşteynin fəaliyyətini araşdıran komissiyasına ifadə verəcək.
Konqres üzvləri təsdiqləyiblər ki, martin 3-də Geytsdən Epşteynlə dostluğu barədə izahat vermək tələb olunub. ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klinton da daxil olmaqla, komissiyaya digər tanınmış şəxslər də çağırılıblar.
Geytsin rəsmi nümayəndəsi BBC-yə deyib ki, o, “komissiyanın bu mühüm işinə kömək etmək üçün qurum üzvlərinin bütün suallarını məmnuniyyətlə cavablandıracaq”.
Dinləmələr 10 iyuna təyin olunub.
Epşteynin cinayətlərinin qurbanları indiyədək Geytsə qarşı hər hansı ittiham irəli sürməyiblər. ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan “Epşteyn dosyesi”ndəki milyonlarla sənəddə onun adı dəfələrlə çəkilsə də, bu fakt hər hansı qanunsuz və ya qeyri-etik hərəkətlərin sübutu hesab olunmur. Nazirlik bu iş üzrə təxminən üç milyon sənəd açıqlayıb, daha bir neçə milyon sənədsə hələ dərc edilməyib.
Son illərdə əsasən xeyriyyəçiliklə məşğul olan Qeyts müəyyən müddət Epşteynlə tanışlıq münasibətində olduğunu gizlətmir, amma onun cinayətləri barədə heç bir məlumatının olmadığını vurğulayır.
Geytsin rəhbərlik etdiyi fondun açıqlamasına görə, o, ötən günlərdə bu məsələylə bağlı qurumun əməkdaşlarıyla görüş keçirib və “öz hərəkətlərinə görə məsuliyyət daşıdığını etiraf edib”.
“Bill suallara açıq və ətraflı şəkildə cavab verib” – açıqlamada belə deyilir.
“Politfm”



