Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 2025-ci ilin yanvar-fevral ayları üzrə avtomobillərin idxalı haqqında məlumatları açıqlayıb.

2025-ci ilin ilk 2 ayında Azərbaycana 288 milyon 940 min dollar dəyərində 16 min 758 ədəd nəqliyyat vasitəsi idxal olunub. 2024-cü ilin müvafiq dövründə isə Azərbaycana 247 milyon 612 min dollar dəyərində 13 min 299 nəqliyyat vasitəsi idxal olunub.

2024-cü ilin ilk 2 ayında Azərbaycana minik avtomobili idxalı 12 min 23 ədəd ikən, 2025-ci ilin ilk 2 ayında 15 min 309 ədəd təşkil edib.