foto: internet



Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bazar günü – aprelin 12-də məlumat yayıb.

Bildirilir ki, ilkin mərhələdə səfirlik məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək.

“Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılandan və iki həftəlik atəşkəs elan olunandan qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İranla münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir” – XİN-in açıqlamasında belə deyilir.

“Politfm”