Foto: internet




Bu ilin ikinci rübündə SOCAR 3,3 milyon tondan çox neft ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz azdır.

Bu həcmə şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə təqribən 2,5 milyard kubmetr təşkil edib. Təbii qaz ixracında 0,5 faiz, istehlakında isə 4,9 faiz artım qeydə alınıb

Beləliklə, neft hasilatı və ixracında azalma trendi davam edir, təbii qaz sektoru isə öz sabitliyini və daxili-xarici tələbatı təmin etmə qabiliyyətini qoruyur.
İxracın təxminən beşdə bir nisbətində düşməsi əsas yataqlarda (xüsusən AÇG blokunda) təbii hasilat azalması ilə bağlıdır. Bu, gözlənilən dinamika olsa da, tempin yüksək olduğunu göstərir. Dünya bazarında neft qiymətlərinin kəskin artmadığı təqdirdə hasilatın və ixracın azalması dövlət büdcəsinin və SOCAR-ın gəlirlərini azaldır.

Neft ixracının azaldığı bir vaxtda qaz istehlakı və ixracının artması onun iqtisadiyyatdakı rolunun artdığını göstərir. Daxili istehlakın artması ölkə daxilində sənaye aktivliyinin, elektrik enerjisi istehsalında qazdan istifadənin və ya əhalinin tələbatının artması ilə izah olunur.

“Politfm”