foto: internet
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrüylə müqayisədə 7,8 % çoxdur.
2025-cı ilin I rübündə Azərbaycanın İrana ixracı 4,9 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk rübündə bu göstərici 42,3 % azalaraq 2 milyon 848 min dollar olub.
Bu ölkədən idxalının dəyəri isə ötən ilin I rübüylə müqayisədə 9,4 % artaraq 166 milyon 684 min dollar təşkil edib.
“Politfm”



