Foto: Areq Koçinyanın “Facebook” paylaşımı
Azərbaycandan və Ermənistandan olan ekspertlər Londonda sülh prosesinin inkişafını, imkanlarını və risklərini müzakirə ediblər.
Bu barədə “Armenpress” “Erməni Şurası” analitik mərkəzinin sədri, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyanın “Facebook” paylaşımına istinadən məlumat yayıb.
“Onilliklərlə davam edən münaqişədən sonra sülh yalnız siyasi danışıqlar yoluyla deyil, insanlar arasında etimad yaranmasıyla da formalaşır. Ermənistan-Azərbaycan sülh prosesində bu gün yeni bir imkan yaranıb və cəmiyyətlərin də bu prosesə cəlb olunması vacibdir. Londonda keçirilən görüş zamanı erməni və azərbaycanlı ekspertlər sülh prosesinin hazırkı mərhələsini, onun imkan və risklərini müzakirə ediblər” – Koçinyan belə yazıb.
“Politfm”



