Azərbaycan nefti dünya bazarında növbəti dəfə bahalaşaraq kəskin yüksəliş nümayiş etdirib. Bu günə olan məlumatlara əsasən “Azeri Light” (CIF) markalı neftin bir barelinin qiyməti 3,81 dollar (3,07%) artaraq 128,05 dollar təşkil edib, “Azeri Light” (FOB) qiyməti isə 121,05 dollara yüksəlib.

Dünya bazarında digər markaların da qiyməti yüksəkdir, lakin “Azeri Light” həm keyfiyyətinə, həm də hazırkı tələbata görə bir çox rəqiblərini geridə qoyur.
Qeyd edək ki, 2026-cı il dövlət büdcəsində
neftin bir barelinin orta qiyməri 65 dollar nəzərdə tutulub. Hazırki qiymət proqnozdan iki dəfəyə yaxın çoxdur.
Qiymətlərin bu səviyyədə olması ölkəyə daxil olan valyuta ehtiyatlarının, xüsusən də Dövlət Neft Fondunun aktivlərinin sürətlə artmasına birbaşa təsir edir.

Politfm.com