İsrail təmsilçisi Noam Bettan müsabiqədə ifa edəcəyi “Mişel” mahnısını məşq edir, Vyaba, Avstriya, 11 may 2026 (Foto: Lisa Leutner/ “Reuters”)
“Avroviziya” mahnı müsabiqəsi 70 illik tarixinın ən böyük böhranıyla üz-üzədir. Beş ölkə yarışmanı boykot edir.
Müsabiqənin ilk yarımfinalı bu gün – mayın 12-də Avstriyanın paytaxtı Vyana çəhərində keçiriləcək. Yarışmaya İsrailin də qatılması narazılıq doğurub, etiraz aksiya keçiriləcəyi elan olunub. İsraili Qəzza müharibəsinə görə ittiham edən beş ölkə müsabiqəni boykot dib.
7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumuna cavab olaraq İsrailin Qəzzada hərbi əməliyyatlara başlaması və münaqişənin çox sayda mülki şəxsin ölümüylə müşayət olunması bu dəfə mahnı müsabiqəsində böhran vəziyyəti yaradıb.
İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniyanın ictimai yayımçı qurumları builki tədbiri boykot edirlər. Bu, iştirakçı sayını 35-ə – 2003-cü ildən bəri ən az yarışmaçı səviyyəsinə endirib.
İndiki vəziyyətin, böyük ehtimal, tamaşaçı sayına da təsir göstərəcəyi gözlənilir. Keçən il yarışmanı 166 milyon nəfər izləmişdi.
Avstriya hökuməti İsrailə qəti dəstək nümayiş etdirir. Fələstinə dəstək aksiyaları isə məhdud xarakter daşıyır. Bu həftəyə iştirakçı sayı 3000 nəfərə qədər qiymətləndirilən bir neçə etiraz aksiyası planlaşdırılıb.
Polis xüsusilə də final günündə – 16 mayda spontan etiraz aksiyalarının ola biləcəyini istisna etmir.
“Politfm”



