Foto: Matey Kasteliç/ “Shutterstock.com”

 

 

Avropa Statistika Xidmətinin (“Eurostat”) 2026-cı ilin mart və aprel aylarına aid məlumatlarına görə, yanacaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 12.9% artıb.

Xüsusilə dizel yanacağının qiymətindəki artım daha kəskindir. Fevral ayı ilə müqayisədə bəzi ölkələrdə 19.1%, illik müqayisədə isə təxminən 19.8% bahalaşma qeydə alınıb. Benzinin (“Euro-95”) qiymətində aylıq artım təxminən 10.6% olub.

Ən yüksək artım Çexiya və İsveçdə (hər ikisində 27,6%) müşahidə edilib. Estoniyada 26,8%, Latviyada 25,4%, Belçikada 25,2%, Niderlandda 25,1%, Slovakiya və Macarıstanda 7% artım qeydə alınıb. Ən aşağı artım Sloveniyadır (2,9%), qeydə alınıb. Digər bütün Aİ ölkələrində artım 10%-dən yuxarı olub.

Benzin qiymətlərində artım nisbətən az olub – Belçikada 15,1%, İsveçdə 15,0%, Avstriyada 14,8%, Çexiyada 14,6%, Estoniya və Litvada isə 14,2% təşkil edib. Yenə də ən aşağı aylıq artım göstəriciləri Sloveniya (2,4%), Slovakiya (3,8%), Macarıstan (4,7%) və İtaliyada 4,8% qeydə alınıb.
Ekspertlər bu artım

ları Yaxın Şərqdəki gərginliklə əlaqələndirirlər – neftin nəqli çətinləşib və bu, xam neftin qiymətini yüksəldib. Avropa daxilində inflyasiyanın yüksək qalması da logistika və emal xərclərini artırıb.

Almaniya qiymət artımını cilovlamaq üçün Avstriya modelinə keçməyi düşünür. Bu modeldə yanacaqdoldurma məntəqələri qiyməti gün ərzində yalnız bir dəfə qaldıra bilər.

“Politfm”