Foto: internet


Almaniyanın “Lufthansa” aviaşirkəti yanacağa qənaət məqsədilə 20 min reysin ləğv edildiyini elan edib.

 

Avropanın bu ən böyük aviaşirkəti iyun–oktyabr ayları ərzində 20 min reysi ləğv edəcək.
Şirkətdən bildirilib ki, Frankfurt-Mayn və Münhendəki “rentabelli olmayan marşrutlar” cədvəldən çıxarılacaq, Romaya və Romadan həyata keçirilən uçuşların sayı azaldılacaq. Eyni zamanda, Sürix, Vyana və Brüsseldən reyslərin sayı artırılacaq.

“Lufthansa”nın açıqlamasında həmçinin qeyd olunur ki, bu addım 40 min tondan çox yanacağa qənaət etməyə imkan verəcək və bunun şirkətin ümumi effektivliyinə ciddi təsiri olmayacaq.

Şirkət konkret hansı reyslərin ləğv ediləcəyi barədə məlumatın aprel ayının sonunda açıqlanacağı bildirilib.

“Politfm”