Foto: internet

 


Yaponiya xalis xarici aktivlərinin tarixi rekorda çatmasına baxmayaraq qlobal reytinqdə Çindən geri qalıb.

Yaponiyaya məxsus xalis xarici aktivlər bir il əvvəllə müqayisədə 4.4% artaraq 561.75 trilyon yenə (3.53 trilyon dollar) çatıb.
Bu, Yaponiya şirkətlərinin ardıcıl səkkizinci artım ili olub.

Bununla belə, 34 ildən sonra ilk dəfə birinci yeri Almaniyaya uduzan Yaponiya, indi də dünyanın ikinci ən böyük kreditoru statusunu Çinə təhvil verərək qlobal reytinqdə üçüncü yerə düşüb.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, Almaniya 675.5 trilyon yen xalis xarici aktivlə dünyanın ən böyük kreditoru olaraq qalıb. Onu 636.3 trilyon yen ilə Çin izləyir.

Həm Almaniya, həm də Çinin xalis xarici aktivləri illik ticarət profisiti (artığı) hesabına güclənib.

Yaponiya isə xarici öhdəliklərinin də əhəmiyyətli dərəcədə artması səbəbindən xalis xarici aktivlərinin böyüməsində qismən məhdudiyyətlərlə qarşılaşıb.

 

“Politfm”