Avropa İttifaqı hibrid təhdidlər və xarici müdaxilələrlə mübarizə məqsədilə Ermənistana yeni mülki missiya göndərəcək.

 

“AzadlıqRadiosu”nun məlumatına görə, “EUPM Armenia” adlı missiya yaxın iki il ərzində İrəvanda fəaliyyət göstərəcək. Missiyanın tərkibinə 20–30 mütəxəssis daxil olacaq. Onlar kiberhücumlar, dezinformasiya və siyasi proseslərə qanunsuz təsir məsələləriylə məşğul olacaqlar.

Nəşr qeyd edir ki, missiya Ermənistanda keçiriləcək parlament seçkilərinə Rusiyanın mümkün müdaxiləsiylə bağlı narahatlıqlar fonunda yaradılıb. Amma rəsmi sənədlərdə Rusiyanın adı çəkilmir.

“Politfm”