Foto: internet


 

Avropa İttifaqı Şurası dünən – aprelin 23-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyaları ləğv edib.

 

Bu barədə AZƏRTAC-a ASCO-dan məlumat verilib.
Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO və SOCAR-ın koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Həmçinin qeyd olunub ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilib, onların istismarı beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə uyğun şəkildə həyata keçirilib.

 

“Politfm”