Foto: internet
Pentaqon böyük həcmli məlumatları təhlil etmək və qərar qəbulu prosesini dəstəkləmək üçün “Meta” tərəfindən dəstəklənən “Scale AI” şirkətiylə 500 milyon dollarlıq müqavilə imzalayıb.
Bu barədə “Bloomberg” məlumat verib.
Layihə ABŞ ordusunun süni intellektdən daha geniş istifadə strategiyasının tərkib hissəsidir. 2025-ci ilin sentyabrında şirkət Pentaqondan 100 milyon dollarlıq sifariş almışdı.
“Düşünürəm ki, müqavilə Müdafiə Nazirliyinin bu texnologiyanı mənimsəməyə nə dərəcədə istəkli olduğunun sübutudur” – Tadross belə deyib.
San-Fransiskoda yerləşən “Scale AI” şirkəti Müdafiə İnnovasiyaları Birliyinin süni intellekti hərbi strategiyaya və əməliyyatlara inteqrasiya etməyi hədəfləyən “Thunderforge” təşəbbüsündə də iştirak edir. Şirkət həmçinin ABŞ Prezidenti Donald Trampın “Qızıl Qübbə” daxili müdafiə layihəsində yer alır.
“Meta” ötən il bu şirkətin 49% səhmini satın alıb.
Baş Rəqəmsal və Süni İntellekt Ofisi ilə imzalanan bu saziş Pentaqonun süni intellektlə bağlı ən böyük müqavilələri sırasına daxildir. Bu addım müdafiə naziri Pit Heqsetin yanvar ayında strateji memorandumda qeyd etdiyi planla üst-üstə düşür. Heqset süni intellektin tətbiqini genişləndirməyi və bu yoldakı “bürokratik maneələri” aradan qaldırmağı hədəfləyir.
May ayının əvvəlində Pentaqon məxfi hərbi şəbəkələrdə qabaqcıl süni intellekt texnologiyalarından istifadəni artırmaq üçün “Nvidia Corp.”, “Microsoft Corp.”, “Reflection AI” və “Amazon Web Services” ilə də sazişləri yekunlaşdırıb.
“Politfm”



