ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların 4 həftə davam edə biləcəyini deyib. Ekspertlər hesab edirlər ki, hücumların davam etməsi Amerikaya milyardlarla dollara başa gələcək.
Qərb ekspertlərinin hesablamalarına görə, hərbi qüvvələrin bölgədə saxlanmasının gündəlik minimum xərci ABŞ-nin müdafiə büdcəsinə 150–200 milyon dollara başa gələ bilər (“Marja.az”).
Əməliyyatın 4 həftə davam etməsi isə ABŞ üçün 6–8 milyard dollarlıq xərc demək olacaq. Bu məbləğ ölkənin müdafiə büdcəsinin təxminən 1 faizinə bərabərdir.
Ekspertlər İranın struktur və hərbi-coğrafi xüsusiyyətlərinin ABŞ ordusunun daha əvvəl hərbi əməliyyatlar keçirdiyi İraqın və Əfqanıstanın xüsusiyyətlərinə bənzəmədiyinə diqqət çəkərək bildirirlər ki, proses uzanacağı təqdirdə müharibə ABŞ-yə 10–15 milyard dollara başa gələ bilər.
“Politfm”



