ABŞ və İran arasında sülh danışıqları, 11 aprel 20206, İslamabad (foto: “Reuters”)
ABŞ və İran nümayəndələri bu həftə İslamabadda yenidən görüşə bilərlər. Bu barədə “Reuters” agentliyi aprelin 14-də bir neçə mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, əvvəlki görüş konkret nəticə verməsə də, tərəflər dialoqu davam etdirmək imkanını açıq saxlayıblar.
Aprelin 11–12-də keçirilmiş danışıqlar son onilliklərdə ABŞ və İran arasında ən yüksək səviyyəli birbaşa təmaslardan biri olub.
Tərəflər bəzi prinsipial məsələlərdə razılığa gələ bilməyiblər. Əsas fikir ayrılıqları bunlar olub: İranın nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik və xüsusilə də Hörmüz boğazına nəzarət məsələsi.
Tərəflər bir-birini razılaşmaya mane olmaqda ittiham etsələr də, həm Vaşinqton, həm də Tehran eskalasiyanın qarşısını almaqda maraqlı görünür. Mənbələr bildirir ki, intensiv müzakirələr zamanı müəyyən yaxınlaşma əlamətləri müşahidə olunsa da, qarşılıqlı etimadsızlıq razılaşmanı mümkünsüz edib.
“Wall Street Journal” nəşri yazır ki, Pakistan tərəfi vasitəçi rolunu davam etdirir və yeni görüşün təşkili üçün səylər göstərir.
Bu fonda ABŞ İran limanlarına qarşı blokada tədbirlərinə artıq start verib.
“Politfm”



