Ana Səhifə Dünya SOCAR FRANSA ŞİRKƏTİ İLƏ İŞLƏYƏCƏK

SOCAR FRANSA ŞİRKƏTİ İLƏ İŞLƏYƏCƏK

Azərbaycanın dövlət neft şirkəti SOCAR, Fransanın enerji nəhəngi TotalEnergies SE və Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC) XRG bölməsi Xəzər dənizində təbii qaz hasilatının artırılması layihəsini təsdiqləyib. Bu barədə “Bloomberg” yazıb.

Fransa şirkətinin şənbə günü yaydığı açıqlamaya görə, Azərbaycanın Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasilatın 2029-cu ildə başlanması planlaşdırılır. Bununla yatağın ümumi hasilatının ildə 6 milyard kubmetr təbii qaza və sutkada 47 min barel kondensata çatdırılması nəzərdə tutulur.

“TotalEnergies” bildirib ki, yatağın inkişafının birinci mərhələsində hasil olunan qaz Azərbaycanın daxili bazarını təmin edir. Planlaşdırılan ikinci mərhələ isə mövcud infrastruktur vasitəsilə qazın Türkiyəyə ixracına imkan verəcək. Bu infrastruktur Azərbaycanı Avropa bazarı ilə birləşdirir.

Politfm