Foto: internet

 

 

Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınmasına imkan verən halların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb (“İqtisadiyyat.az”).

Yeni təklif bir sıra mühüm nəqliyyat, enerji və infrastruktur layihələrinin həyata keçirilməsi zamanı torpaqların dövlət ehtiyacları üçün alınmasını mümkün edəcək.

Layihəyə əsasən, dövlət əhəmiyyətli yolların, tunellərin (metro tunelləri daxil olmaqla), magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikilməsi və quraşdırılması; dəniz və hava limanlarının və ya aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, depoların tikilməsi və genişləndirilməsi torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına daxil edilir.

“Politfm”