Rostovdakı hərbi aerodromun vurulması anı (foto:”Exilenova+”)

 

 

Sentyabrın 17-də Rusiya Ukraynanın Kiyev, Odessa və digər şəhərlərinə raket və dron hücumlarını davam etdirib. Hücumlardan bir neçə saat əvvəl ABŞ Konqresi Rusiyaya yeni sanksiyalar paketini qəbul edib.

Kiyev meri Vitali Kliçko paytaxtda uşaqlar da daxil olmaqla, 18 nəfərin yaralandığını bildirib. Təkrar dron zərbəsi inzibati binada yanğına səbəb olub.

Yerli hakimiyyət nümayəndələrinin açıqlamalarına görə, Rusiyanın Odessaya gecə zərbələri nəticəsində ikisi uşaq olmaqla, altı nəfər yaralanıb, çoxmənzilli yaşayış binalarına, fərdi evə və infrastruktura ziyan dəyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya növbəti hücumu ilə eyni vaxtda Rusiyaya qarşı sanksiyalarla bağlı qanunun qəbul edilməsini “rəmzi hadisə” adlandırıb.

O, Rusiyanın səkkiz vilayətdəki mülki və enerji infrastrukturunu, Kiyev və Odessada yaşayış evlərini vurduğunu bildirib.
Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ötən gecə Yaroslavl neft emalı zavoduna zərbə endiriliblər.

“Təhlükəsizlik Xidməti həmçinin Rostovdakı hərbi aerodromu dəqiqliklə vurub – “An-12”, iki “An-26″ təyyarələrinin və üç helikopterin məhv edildiyi təsdiqlənib” – o, social şəbəkədəki paylaşımında belə yazıb.
Ukrayna prezidenti Qara dənizdə də yaxşı nəticələr əldə olunduğunu qeyd edib, amma təfərrüatlarını açıqlamayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyaya qarşı sanksiyalar layihəsinin qəbulunu alqışlayıb, Moskvanın Ukraynaya davam edən hücumlarına sərt cavab adlandırıb.
Sibiqa Rusiyanın “kölgə donanması”na məhdudiyyətlər qoymağa və bu ölkənin hərbi-sənaye kompleksinə əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

“Politfm”