Foto: “step1.am”


 

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin Ermənistanın Baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqı barədə (Aİİ) dediklərinə cavab verib.

Paşinyan daha əvvəl bildirmişdi ki, “Ermənistanla bağlı məsələyə həll yolu tapılmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq”.

“Təəssüf ki, bəzən o, həm bizim üçün, həm də özü üçün həddindən artıq emosional və kəskin bəyanatlar verir. Yəqin ki, sonradan buna peşman olur. Hər halda, həyat yalnız bəyanatlardan ibarət deyil. Ona görə də biz buna sakit yanaşmalıyıq” deyə, Karasin bildirib.

Paşinyanın açıqlaması Yerevanla Moskva arasında Ermənistanın Avropa İtttifaqına inteqrasiyası və Aİİ-də gələcək iştirakıyla bağlı fikir ayrılıqlarının davam etdiyi vaxta təsadüf edib.

Ermənistan hakimiyyəti ölkənin hələ də Aİİ üzvü olduğunu bildirsə də, eyni zamanda Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirdiyini vurğulayır. Rusiya isə dəfələrlə bəyan edib ki, Ermənistanın Avropa İttifaqına tam inteqrasiya kursu Aİİ-də üzvlüyün saxlanılmasına uyğun gəlməyə bilər.

Paşinyan bugünkü açıqlamasında bir daha bu mövzuya toxunub.

“Çoxları Avropa İqtisadi İttifaqı və Rusiya bazarındakı vəziyyəti böhran hesab edir, mən isə bunu fürsət sayıram. Bu, böhran deyil, fürsətdir, özümüz üçün açdığımız pəncərədir. Biz qapının mil və oxlarını yağlayıb sakitcə açdıq, indi isə pəncərəni və ventilyasiyanı rəvan şəkildə nizamlamalıyıq” deyə, o vurğulayıb.

Baş nazirin sözlərinə görə, alternativsiz dövr bitib, hər yerdə və daim alternativ olmalıdır: “Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Xalqımız bilməlidir ki, onun seçim etmək imkanı var”.

“Politfm”