Foto: Sİ

 

 

Türkiyə Ermənistanla əlaqəni təmin edən Akyaka–Gümrü dəmir yolu xəttinin  bərpasına başlayıb. İlkin hesablamalara görə, işlərin 2-3 ay ərzində başa çatdırılması planlaşdırılır.

Bu barədə Akyaka şəhərinin meri Erdüger Toptaş məlumat verib (“Jam.news”).

Mer bildirib ki, iki ölkə arasındakı sərhəd açılacağı təqdirdə Türkiyə Qafqazla əlaqə üçün əlavə nəqliyyat marşrutu əldə edəcək, Ermənistansa Türkiyə vasitəsilə Yaxın Şərq ölkələrinə çıxış imkanı qazanacaq.

Qars–Axalkalaki dəmir yolunda yükdaşımalar 400% artıb

Qars Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Kadir Bozan bildirib ki, son dövrdə Axalkalaki–Qars dəmir yolu ilə yükdaşımaların həcmi 400 faiz artıb. O, Ermənistanın bu marşrutdan ixrac və ya idxal üçün istifadə edib-etmədiyini dəqiqləşdirməyib.

Mayın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. 

Akyaka–Gümrü avtomobil yolunun tikintisi üzrə tender elan olunub

Erdüger Toptaşın sözlərinə görə, Türkiyə təkcə dəmir yolunu deyil, avtomobil yolunu da bərpa etməyi planlaşdırır.

“Akyakadan Gümrüyə qədər avtomobil yolunun tikintisi üzrə tender artıq elan olunub. Yaxın vaxtlarda bu layihə üzrə də işlərin başlanacağını gözləyirik” deyə, o qeyd edib.

“Politfm”