Azərbaycanda Çin siyasi sistemi qurulur. Bunun üçün ölkə başçısı qanunvericilik bazası qurmaqla məşğuldur.
Media haqqında qanundan sonra siyasi partiyalar yeni standarta cəlb olunacaqlar. Parlamentə təqdim olunan “Siyasi Partiyalar haqqında” qanun layihəsinin bəzi maddələri məlum olub. Yeni layihə qəbul olunarsa, ölkədə partiya yaratmaq ən azı 20 il ardıcıl Azərbaycanda yaşamış 200 nəfərlə mümkün olacaq. Partiyanı dövlət qeydiyyatına almaq üçün isə 10 min üzv tələb olunur.
Üstəlik, iki seçkini ardıcıl boykot edən partiyanın qeydiyyatı ləğv ediləcək. Bu qanun qəbul edilərsə, Azərbaycanda demək olar ki, yalnız hakim YAP-ın hakimiyyət uğrunda mübarizə hüququ tanınacaq. Faktiki olaraq, Çində də belə siyasi sistem mövcuddur.
Görünən budur ki, Kremlin dünya siyasətində zəifləməsindən sonra rəsmi Bakı Pekin modeli ilə özünü “yeniləmək” istəyir. Yeri gəlmişkən Azərbaycan siyasi məqsədlərlə karantinin tətbiqi məsələsində də Çinin ardınca gedən əsas ölkələrdən biridir.
Politfm