Ana Səhifə Manşet Ukraynaya Dəstək Platforması “Beynəlxalq Krım Platforması”na qoşulmaqla bağlı çağrışa qoşulub

Ukraynaya Dəstək Platforması “Beynəlxalq Krım Platforması”na qoşulmaqla bağlı çağrışa qoşulub

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması “Beynəlxalq Krım Platforması”na qoşulmaqla bağlı çağrışa qoşulub. 

Platforma bu barədə mövqe sənədi yayıb.

Sənədi olduğu kimi təqdim edirik: “Avqustun 23-də Ukraynada “Krım Platforması 2022” ikinci beynəlxalq sammiti keçirilib. Onlayn formatda keçirilən tədbirdə müxtəlif ölkələrdən 60 nümayəndə heyəti iştirak edib. Sammitin yekunu olaraq iştirakçılar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədiklərini ifadə edən birgə bəyanat qəbul ediblər.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Birgə Bəyanatı dəstəkləyərək Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstəyini ifadə edərək Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsini qətiyyətlə pisləyir. Rusyanın işğalçı ordusunun Ukrayna ərazisindən qeyd-şərtsiz çıxarılmasını, hərbi cinayətlərə görə günahkarların məsuliyyətə cəlb edilməsini tələb edir.

Rusiyanın Ukraynaya məxsus taxıl və metal məmulatlarını oğrlamasını, bu məhsullarla ticarətini pisləyir və oğurluq mallarla ticarətin qarşısının alınması üçün beynəlxalq birliyi qətiyyətli addımlar atmağa çağırır.

Krım Platformasının ilk sammiti ilə müqayisədə iştirakçıların sayının artmasından məmnunluğumuzu ifadə edir və “Krım Platforması 2022” sammitinə qatılan bütün ölkələrə təşəkkür edirik.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması “Krım Platforması 2022” sammitində bəyan edilən digər dövlətlərin və təşkilatların Beynəlxalq Krım Platformasına qoşulmaqla bağlı çağrışa qoşulduğunu elan edir!”.