Foto: SOPA “Images”/”Shutterstock”
Hindistanın Baş naziri Narendra Modi paytaxt Nyu-Delhini sarsıdan və hökumətə meydan oxuyan “tarakan” etiraz hərəkatını yatırtmaq üçün “sürətli məhkəmə icraatı” sistemi təsis edəcəyini və imtahan suallarını sızdıran korrupsioner məmurlarının cəzalandırılacağını bəyan edib.
“Gənclərimizin rifahı və gələcəyindən daha vacib heç nə yoxdur… Gənclərimizin gələcəyinə xələl gətirməyə çalışanlar bağışlanmayacaqlar” – Modi “X” sosial şəbəkəsindəki hesabında belə yazib.
Araşdırmaları onilliklər boyu davam edən yüklənmiş məhkəmə sisteminə alternativ olaraq təklif edilən bu sürətli ədalət vədini Tarakan Canta Partiyası (CJP) dərhal rədd olunub (“The Guardian”).
CJP – Hindistanın ali hakiminin işsiz gəncləri “tarakan” adlandırmasından sonra etirazçıların öz hərəkatlarına qoyduqları satirik addır.
Onlar təhsil naziri Dharmendra Pradhanın istefaya göndərilməsini, təhsil sistemində köklü islahatların aparılmasını tələb edirlər.
Bazar ertəsi polisin parlamentə doğru yürüşə mane olmasına, etirazçılara qarşı dəyənəkdən və gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq Delhidəki aksiyada təxminən 50 000 nəfərin iştirak etdiyi bildirilir. Çərşənbə günü isə dözülməz isti və rütubətə baxmayaraq 1000-dən çox gənc aksiya yerində qalmağa davam edib. Etirazçıların çoxu ora gəlmək üçün böyük məsafələr qət ediblər.
Modinin açıqlamasında əvvəl hökumətin mövqeyinin bir qədər yumşaldığı barədə xəbər yayılılb. Amma CJP ilə danışıqlara hazır olduqlarını bildirən nazirlər Pradhanın istefası mövzusundan yayınırlar.
Cantar Mantardakı etiraz meydanı tələbələrlə həmrəylik nümayış etdirmək istəyən tərəfdarlarla dolub-daşıb. Qapalı əraziyə sığışmayan kütlə küçə və yollara axışıb. Kimlərsə tərəfdarların göndərdiyi qida və suyu yerbəyer edib; polis əməkdaşları da daxil, ordakı insanlara yemək paylayıb, ərazini zibildən təmizləyib.
Hindistanın digər şəhərlərindəki gənclər də aksiyalar keçirərək CJP-nin tələblərinə dəstək verirlər.
Müxalifət lideri Rahul Qandi şərşənbə günü keçirdiyi mətbuat konfransında ritorikanı daha da sərtləşdirib. O, Pradhanın istefası ilə yanaşı, Modinin ədalətli təhsil sistemi təmin edə bilmədiyi üçün xalqdan üzr istəməsini tələb edib.
Qandi vurğulayıb ki, son onillikdə ölkədə 152 imtahan sualı sızması halı baş versə də, bir nəfər də olsun, məkum edilməyib:
“Kimsə və ya bir qrup insan təhsil sistemimizi – Hindistanın ən dəyərli sərvətini və tələbələrimizin həyatını məhv edir. Bəs hökumət nə edir? Bir dənə də olsun, məhkəmə qərarı yoxdur”
Polisin sərt müdaxiləsindən sonra hərəkatın mövqeyi daha da kəskinləşib. Səhiyyə naziri C.P.Nadda Qandini etirazlardan siyasi fayda götürmək cəhdində günahlandərən. Nadda ilə 60 gündən sonra keçirilən ilk görüşün heç bir nəticə verməməsi CJP liderlərini son dərəcə məyus edib.
Partiyanən təsisçisi Abhicit Dipke bildirib ki, nazirlər tələbələrlə görüşmək istəyirlərsə, etiraz meydanına onlarla publik şəkildə danışmalıdırlar.
Hindistanda bir çoxları Pradhanın niyə hələ də istefa vermədiyini anlaya bilmirlər. Müxalif siyasətçi Aniş Qavande deyir ki, Modi baş nazirliyinin əvvəlki iki müddətində olduğu kimi parlamentdə mütləq çoxluğa malik deyil və geri çəkilməyi zəiflik əlaməti kimi qiymətləndirir.
“O, kənd təsərrüfatı, energetika və iqtisadiyyat sahələrində genişmiqyaslı islahatlar aparmağa mane olan qlobal çətinliklərlə üz-üzədir. İşsizlik son otuz ildə görünməmiş səviyyəyə yüksəlib” deyən Qavande əlavə edib ki, indi zəiflik nümayiş etdirmək müxalifətə fəallaşmaq və digər məsələlər üzrə də təzyiqi artırmaq imkanı verəcək: “Bunu anlayana qədər isə vəziyyət nəzarətdən çıxa bilər”.
“Politfm”



