Foto: AP
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılmasıyla bağlı müzakirələr üçün ABŞ-yə gedə biləcəyini anons edib.
O bildirib ki, bir gün əvvəl Cared Kuşner və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla yeni görüşə hazırlıq məsələlərini müzakirə edib.
Zelenskinin sözlərinə görə, ABŞ müharibənin başa çatdırılmasıyla bağlı bir neçə təklif hazırlayıb və onları həm Ukrayna, həm də Rusiya ilə müzakirə etmək istəyir.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, görüşün yaxın günlərdə və ya bir həftə ərzində ABŞ-də keçirilməsi gözlənilir.
“Politfm”



