Foto: “Radio Svoboda”

 

 

Ukrayna və ABŞ Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) hərbi sınaqlar üçün ABŞ-yə ixracına imkan verən ikitərəfli saziş imzalayıblar.

Bu barədə “AzadlıqRadiosu”nun Vaşinqtondakı müxbiri Aleks Raufoğlu sazişin detalları ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, sənəd iki ölkə arasında pilotsuz sistemlər sahəsində gələcək əməkdaşlığın əsasını qoyur və bu formatda imzalanan ilk sazişdir.

Gözlənilir ki, saziş Ukraynanın quru, hava və dəniz dronlarının hərbi sınaqlar və qiymətləndirmə məqsədilə ABŞ-yə ixracı üçün rəsmi mexanizm yaradacaq. Bu sınaqların nəticələri gələcəkdə Pentaqonun satınalma prioritetlərinə təsir göstərə bilər.

Saziş istehsal müqaviləsi olmasa da, sənəd Ukraynayla ABŞ arasında pilotsuz sistemlər sahəsində daha geniş əməkdaşlığa doğru atılan ilk konkret addım kimi qiymətləndirilir.

“Politfm”