foto: internet


“Azərenerji” ASC 2025-ci ili 128 milyon 245 min manat mənfəətlə başa vurub. 2024-cü ildə isə ASC-nin mənfəəti 173 milyon 834 min manat olub. Bu, illik müqayisədə 26.2% azalma deməkdir.

Bu barədə “Banker.az” qurmun maliyyə hesabatına istinadən məlumat yayıb.

Ötən il “Azərenerji” ASC-nin cəmi gəlirləri 11% artaraq 1 milyard 468 milyon manatdan 1 milyard 629 milyon manata çatıb.

31 dekabr 2025-ci il tarixində “Azərenerji”də 1 milyard 711 milyon manat yığılmış zərər olub. 2024-cü ilin sonunda yığılmış zərər 1 milyard 820 milyon manat idi.

Hesabat dövründə “Azərenerji”nin cəmi aktivləri 5 milyard 912 milyon manatdan 6 milyard 431 milyon manata, cəmi öhdəlikləri 2 milyard 821 milyon manatdan 3 milyard 98 milyon manata, cəmi kapitalı isə 3 milyard 92 milyon manatdan 3 milyard 333 milyon manata çatıb.

“Azərenerji”nin nizamnamə kapitalı 1 milyard 760 milyon manatdır. Səhmləri dövlətə məxsusdur.
Qurumun cəmi gəlirləri 11% artaraq 1.629 milyard manata çatsa da, xalis mənfəəti 26.2% azalaraq 128.2 milyon manata düşüb. Bu o deməkdir ki, şirkətin satışları artsa da, xərcləri (əməliyyat və ya digər xərcləri) gəlirlərindən daha sürətlə böyüyüb.

Ən diqqətçəkən məqam yığılmış zərərin 1.820 milyard manatdan 1.711 milyon manata düşməsidir. Şirkət ili mənfəətlə başa vurduğu üçün keçmiş illərdən qalan nəhəng zərər yükünü tədricən azaltmağa başlayıb.

Aktivlərin (6.431 milyard manat) və kapitalın (3.333 milyard manat) artması qurumun infrastrukturunun genişləndiyini və maliyyə dayanıqlığının artdığını göstərir.
Cəmi öhdəliklərin 3 milyard manatı keçməsi şirkətin yeni layihələr və ya əməliyyatlar üçün əlavə borclanmaya getdiyinə işarə edir.

Görünən budur ki, “Azərenerji” hələ də keçmiş illərin böyük zərərinin altından çıxmağa çalışır. Dövlət şirkəti olaraq gəlirlərini artırmağı bacarır, amma rentabelliyi qorumaq üçün xərclərin optimallaşdırılmasına ehtiyac var.

“Politfm”