Ayətullah Əli Xameneinin dəfn mərasimi, Məşhəd, İran, 9 iyul 2026 (foto: AFP)

 


ABŞ və İran arasında iki gecə davam edən qarşılıqlı zərbələrdən sonra Yaxın Şərqdə bu gün sakitlik olub.

CNN-in məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ qüvvələri yüksək döyüş hazırlığı vəziyyətində qalsalar da, Tramp administrasiyası hələlik diplomatik həll yoluna üstünlük verir.

Telekanala danışanların sözlərinə görə, Pentaqon zərurət yaranacağı təqdirdə İrana yeni zərbələr endirmək üçün müxtəlif ssenarilər hazırlayıb.

CNN-in mənbələrindən biri deyib ki, ABŞ-nin strategiyası məhdud hərbi əməliyyatlarla diplomatik danışıqların növbələşdirilməsinə əsaslanır.

Tramp administrasiyası İranın nüvə proqramıyla bağlı texniki məsləhətləşmələrin davam etdiyini bildirir. Bununla yanaşı, Vaşinqton İranın Hörmüz boğazındakı kommersiya gəmilərinə hücumlarını terror aktı kimi qiymətləndirir və bu cür hücumlar təkrarlanacağı təqdirdə yenidən güc tətbiq etməyə hazır olduğunu bildirir.

“Politfm”