“Reliance Industries” şirkətinin terminalı, Hindistan (foto: internet)
Rusiya enerji infrastrukturuna Ukraynanın zərbələri nəticəsində yaranmış yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan dəniz yoluyla benzin idxalına başlayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Hindistandan Rusiyaya artıq 60 min ton benzin göndərilib.
Hazırda hər birinin yükü 30-40 min ton olan iki tanker Rusiyaya doğru hərəkət edir.
Agentlik həmçinin qeyd edib ki, Moskva yaxın aylarda Hindistan, Belarus və digər ölkələrdən hər ay 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. Belarus iyun ayında Rusiyaya dəmiryoluyla benzin tədarükünü üç dəfə artırıb.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq çatışmazlığının yarandığını etiraf edərək hökumətin vəziyyəti sabitləşdirmək istiqamətində tədbirlər gördüyünü bildirib.
“Politfm”



