Foto: “France Médias Monde” qrafik dizayn studiyası



İlon Maskın kosmik və süni intellekt bizneslərini (“SpaceX”, “Starlink”, “xAI”) birləşdirən şirkətə aid səhmlərin birjada ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində onun sərvəti 1 trilyon dolları ötüb.

Bu barədə “The Wall Street Journal” yazır.

Cümə axşamı başa çatan IPO zamanı şirkət 75 milyard dollar vəsait cəlb edib və bazar dəyəri təxminən 1,8 trilyon dollar qiymətləndirilib. Maskın bu şirkətdəki payının dəyəri isə təxminən 690 milyard dollar təşkil edib.

“The Wall Street Journal” qeyd edir ki, 54 yaşlı sahibkarın “Tesla”, “Neuralink” və “The Boring Company” şirkətlərindəki səhmləri, eləcə də digər investisiyaları və daşınmaz əmlakı nəzərə alınmaqla, onun ümumi sərvəti artıq 1 trilyon dolları ötüb.

İkinci yerdəki Larri Peycin sərvəti təxminən 300 milyard dollar səviyyəsində qiymətləndirilir. “Forbes Wealth” nəşrinin baş redaktor müavini Mett Dyuro “Reuters” agentliyinə bildirib ki, bu rəqəm “Maskın artıq sabah əldə edə biləcəyi sərvətin üçdə birindən də azdır”.

Maskın şirkətinə məxsus səhmlərin satışına bu gün günorta saatlarında başlanacaq. “Reuters”-in hesablamasına görə, müəyyən müddətdən sonra əldə etmək hüququ qazanacağı səhmlər də nəzərə alınarsa, Maskın sərvəti 1,1 trilyon dollara çata bilər.

“Politfm”