Foto: UTX
Çerniqov vilayətində Kamka qəsəbəsi yaxınlığında Rusiyaya məxsus zərbə dronunun qalıqları üzərində yüksək radiasiya fonu aşkarlanıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Telegram” kanalında məlumat verilib.
Həmin əraziyə 2026-cı il aprelin 7-nə keçən gecə hücum edilib.
Qurumun iddiasına görə, Rusiyanın “Geran-2” dronu Ukrayna təyyarələrini və helikopterlərini vurmaq üçün istifadə olunan “hava-hava” tipli R-60 raketini daşıyıb.
Radiasiya yoxlaması zamanı qalıqların yaxınlığında 12 mikrozivert/saat qamma şüalanması qeydə alınıb. Bu, təbii radiasiya fonunu əhəmiyyətli dərəcədə üstələyir və sağlamlıq üçün təhlükə yaradır.
Araşdırmalar zamanı raketin döyüş başlığında yoxsullaşdırılmış urandan hazırlanmış zədələyici elementlər aşkar edilib. Onların “uran-235” və “uran-238” olduğu müəyyənləşdirilib.
UTX bildirib ki, faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin hərbi cinayətlərə dair 438-ci maddəsi üzrə cinayət işi açılıb.
“Politfm”



