Foto: internet


 

Mayın 26-dan etibarən – 6 illik fasilədən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin dəmiryolu əlaqəsi bərpa olunacaq.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıya səfərinin yekunlarına dair açıqlamasında belə deyib.

2025-ci ilin əvvəllərində Gürcüstan İqtisadiyyat Nazirliyi bildirmişdi ki, Azərbaycanla dəmiryolu əlaqəsi may ayında bərpa olunacaq. Amma onda bu baş verməmişdi.

“Azərbaycan Dəmir Yolları verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası üçün Gürcüstan Dəmir Yollarıyla işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır” – APA ADY-yə istinadən belə yazılb.

Azərbaycanın quru sərhədləri 2020-ci ildən bağlıdır. Hökumət bunu koronavirus pandemiyasından qorunmaq tədbiri kimi izah edir. Karantin rejimi sonuncu dəfə 2026-cı il iyulun 1-dək uzadılıb.

“Politfm”