Ukrayna ordusunun hücmundan sonra Ryazan neft emalı zavodunda yanğın, 15 may 2026 (foto: “Reuters”)




Son aylarda Rusiyanın neft emalı ən azı 10% azalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatına istimadən deyib.

Onun sözlərinə görə, Rusiyanın neft infrastrukturuna endirilən zərbələr artıq öz təsirini göstərir: bu ölkənin neft şirkətlərindən biri təxminən 400 quyunu bağlamağa məcbur olub.

“Reuters” yazır ki, ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodlarına hücumların sayı iki dəfə artıb. Ukrayna ordusu ən azı 16 zavoda zərbələr endirib, onlardan bəziləri bir neçə dəfə vurulub. Perm, Tuapse, Sızran, Novokuybışevsk, Kirişi və Nijni Novqorod vilayətində yerləşən neft emalı zavodlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Agentliyin qiymətləndirməsinə görə, hücumlar ucbatından gündəlik emal həcmi ötən illə müqayisədə təxminən 700 min barel azalaraq 4,69 milyon barelə düşüb.

“Politfm”