Foto: “Getty İmages”
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın dünən Ukraynaya kütləvi drfon və raket zərbələri endirməsini pisləyib.
O vurğulayıb ki, Kreml “diplomatik səylərə lağ etdiyi” bir vaxtda Aİ Kiyevə dəstəyini davam etdirir.
“Ötən gecə Rusiya Ukraynaya qarşı ən uzunmüddətli və amansız dron hücumlarından birini həyata keçirdi. Daha bir ölüm, dağıntı, mülki əhalinin hədəf alınması gecəsi oldu. Rusiya diplomatik səyləri açıq şəkildə ələ salmaqdaykən biz Ukraynanı gücləndirməyə davam edirik. Biz 6 milyard avroluq dron dəstəyi paketini yekunlaşdırırıq. Eyni zamanda, getdikcə sərtləşən sanksiyalarla Rusiyanın müharibə iqtisadiyyatına təzyiq göstərməyə davam edirik” – Lyayen “X” sosial şəbəkəsindəki hesabında belə yazıb.
Aprelin 29-da Avropa Parlamentinin plenar iclasında çıxış edən Lyayen bildirmişdi ki, 90 milyard avroluq kredit çərçivəsində Ukrayna üçün nəzərdə tutulan ilk müdafiə paketi artıq bu rübdə ödəniləcək. Təxminən 6 milyard avro təşkil edəcək bu vəsait Ukrayna dronlarının istehsalına yönəldiləcək.
“Politfm”



