Foto: “Armenpress”
Türkiyə Ermənistana məhsul ixracıyla bağlı qaydaları dəyişməyə hazırlaşır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Pashinyan jurnalistlərlə söhbətində bildirib.
Hazırda məzuniyyətdə olan və hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki kampaniyasına qatılan Paşinyan Yerevanın Şenqavit inzibati rayonunda keçirilən tədbirdə olanda xarici işlər naziri Ararat Mirzoyan baş nazirə yaxınlaşaraq onun qulağına nəsə deyib. Paşinyanın sinəsinə mikrofon taxıldığı üçün Mirzoyanın dediklərinin bir hissəsi eşidilib: “Türklər bu gün açır, Xarici İşlər Nazirliyinin mətbuat katibi üçün salamlama mətnini hazırlayaq”.
Jurnalistlər Nikol Pashinyandan bunun nə demək olduğunu soruşublar.
Baş nazir deyib ki, söhbət Türkiyədən Ermənistana məhsul ixracı qaydalarının dəyişdirilməsindən gedir.
Paşinyanın sözlərinə görə, indiyə qədər Ermənistan Türkiyə tərəfinin qaydalarında qeyd olunmuş ölkələr siyahısına daxil deyildi, buna görə də mallar əvvəlcə üçüncü ölkəyə ixrac kimi rəsmiləşdirilir, daha sonra isə Ermənistana təkrar ixrac edilirdi.
Baş nazir qeyd edib ki, bu proses əlavə bir mərhələ yaradırdı – mallar əvvəlcə başqa ölkəyə aparılır, orada sənədləşdirilir, daha sonra Ermənistana gətirilirdi:
“Amma indi sənədlərdə Ermənistan birbaşa təyinat ölkəsi kimi qeyd olunur. Məsələ bundan ibarətdir”.
“Politfm”



