Foto: “euronews.com”
Ukrayna Prezidenti Volodimir Zelenski “daha əvvəl səfərbər olunmuş şəxslərin mərhələli şəkildə xidmətdən azad ediləcəyini” elan edib. Bu barədə onun “Telegram” kanalında məlumat verilib.
Zelenski bildirib ki, ordu rəhbərliyinə müqavilə sisteminin gücləndirilməsini tapşırıb. Məqsəd xidmət müddətlərini daha aydın şəkildə müəyyənləşdirmək və əvvəlki dövrlərdə səfərbər olunmuş şəxslərə artıq bu ildən etibarən mərhələli şəkildə ehtiyata buraxılmaq imkanı yaratmaqdır.
Ukrayna prezidenti hərbi komandanlığa və müdafiə nazirinə orduda islahatların həyata keçirilməsini döyüş komandirləriylə müzakirə etməyi və müdafiə qüvvələrinin bölmələrinin komplektləşdirilməsi barədə onların təkliflərini nəzərə almağı tapşırıb.
Zelenskinin sözlərinə görə, demobilizasiya prosesinə artıq bu ildən start veriləcək.
Prezidentin kommunikasiya üzrə müşaviri Dmitro Litvin jurnalistlərə açıqlamasında qeyd edib ki, hərbçilərin xidmətdən azad olunmasının detalları və müddətləri Ukraynanın Müdafiə Nazirliyi və Baş Qərargahı tərəfindən təqdim olunacaq.
“Politfm”



