Ağ Evdə brifinq, 30 aprel 2026 (foto: “Getty İmages”)



ABŞ Prezidenti Donald Tramp dünən – aprelin 30-da Oval kabinetdə keçirdiyi brifinqdə sələfi Co Baydeni tənqid edib.

 

“Bayden onlara 350 milyard dollar verdi. Bu, tam bir ağılsızlıq idi. Müharibənin davam etməsinin səbəblərindən biri də budur” – Tramp belə deyib.

O, Vaşinqtonun Ukraynaya yardım etməsini istəyən Avropa ölkələrini də tənqid edib:

“Onlar Ukraynada tam bir qarışıqlıq yaratdılar və biz də onlara bu işdə kömək etdik. Ukraynanın bununla heç bir əlaqəsi yoxdur… Bilirsiniz, bizi okean ayırır. Bu, yalnız onlara aiddir. Onlar üçün bu, qapının ağzındadır, amma biz yenə də kömək edirik”.

Tramp ABŞ-nin Ukraynaya 350 milyard dollar verdiyini əvvəllər də deyib. Amma bu informasiya heç bir mənbədə təsdiqlənmir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə baş məsləhətçisi Mark Kasian 2025-ci ilin fevral ayında – Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə Trampla görüşündən bir neçə gün əvvəl “PolitiFact” nəşrinə bildirmişdi ki, açıqlanmış məlumatlardan asılı olaraq yardımın 175–185 milyard dollar aralığında olduğu bilinir.

“Politfm”