Taypey, Tayvanın paytaxtı (foto: internet)


Çin Xarici İşlər Nazirliyi növbəti dəfə bəyan edib ki, “vahid Çin” prinsipinə beynəlxalq səviyyədə geniş dəstək var. Bu açıqlama Tayvan lideri Lay Çinq-tenin Esvatiniyə (Cənubi Afrikada yerləşən ölkəyə) səfərinin ləğv olunması xəbərindən sonra verilib.

 

Qeyd olunur ki, bu səfər bir sıra ölkələr öz hava məkanlarından istifadə icazəsini geri götürdükləri üçün baş tutmayıb (“Chinadaily.com”).

Nazirlik vurğulayıb ki, Afrika ölkələrinin bu addımı beynəlxalq birliyin “vahid Çin” prinsipinə böyük ölçüdə sadiq olduğunu bir daha təsdiqləyir.

Qurumun press-relizində bildirilir ki, “Esvatini istisna olmaqla, bütün Afrika ölkələri Çinlə diplomatik əlaqələr qurub”. Həmçinin qeyd olunur ki, həmin 53 ölkə Afrika İttifaqıyla birlikdə Çin-Afrika Əməkdaşlıq Forumunun 2024-cü il Sammitində Pekin Bəyannaməsini qəbul edib.

Bu ölkələr “vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiklərini bir neçə dəfə bəyan ediblər: dünyada yalnız bir Çin var, Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir – nazirliyin nümayəndəsi belə deyib.

O əlavə edib ki, həmin ölkələr Çin hökumətinin milli birliyi bərpa etmək üçün göstərdiyi bütün səyləri qətiyyətlə dəstəkləyirlər, Çin onların beynəlxalq hüquqa və beynəlxalq münasibətləri idarə edən fundamental normalara tam uyğun olan “vahid Çin” prinsipinə sadiqliyini yüksək qiymətləndirir.

“Son dərəcə aydındır ki, artıq dünyada ‘Çin Respublikasının prezidenti’ kimi bir vəzifə yoxdur. Bu saxta titulu daşıyan hər kəs tarixə qarşı çıxır və yalnız özünü rüsvay edir” deyən nümayəndə Çinin birləşməsinin qaçılmaz olduğunu vurğulayaraq qeyd edib ki, “vahid Çin” prinsipi tarixi gedişin və ictimai rəyin dəyişdiyi nöqtədir, heç kim Çinin nəhayi bütövləşməsinin qarşısını ala bilməz:

“Tayvanın müstəqilliyinə yönəlmiş separatçı cəhdlər əbəsdir və uğursuzluğa məhkumdur”.

“Politfm”