Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Pentaqonda keçirilən brifinqdə Hörmüz boğazının xəritəsi qarşısında çıxış edir. Vaşinqtonda, 16 aprel 2026 (foto: Saul Loeb/AFP – “Getty Images”)
İran Hörmüz boğazının idarə olunması planının yeni detallarını açıqlayıb
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İran İslam Şurası Məclisinin (parlamentin) İmar Komissiyasının sədri Məhəmmədrza Rezayi Kuçi İranın aşağıdakı tələblərinin olduğunu bildirib:
1. Hörmüz boğazından İsrailə məxsus və ya onunla əlaqəli istənilən gəmi və ya yükün keçidi qəti şəkildə qadağandır;
2. düşmən ölkələrin gəmilərinin keçidi Şuranın qərarından asılı olaraq qadağan edilə bilər;
3. müqavimət cəbhəsinə qarşı düşmənçilik edən ölkələrin gəmi və ya yüklərinin keçidi qadağandır;
4. digər gəmilər icazə alaraq “yönləndirmə, nəzarət və təhlükəsizliyin təmin edilməsi” üçün ödəniş etdikdən sonra keçid hüququ əldə edə bilərlər;
5. ödənişlər İranın milli valyutasıyla – rialla həyata keçiriləcək;
6. məcburi müharibədə hər hansı formada iştirak edən ölkələr vurulan ziyanın əvəzini ödədikdən sonra keçid icazəsi ala biləcəklər;
7. İrana qarşı birtərəfli sanksiyalar tətbiq edən və ya hər hansı düşmənçilik fəaliyyəti göstərən ölkələrin fiziki və hüquqi şəxslərinə Hörmüz boğazından keçid qadağandır;
8. rəsmi sənədlərində və bəyanatlarında Fars körfəzi əvəzinə saxta adlardan istifadə edən ölkələrin hərbi dəniz qüvvələrinin Hörmüz boğazından keçidi qadağandır;
9. yığılan vəsaitlər üç istiqamətdə istifadə olunacaq: ölkənin müdafiə gücünün və silahlı qüvvələrin təminatının gücləndirilməsinə, infrastrukturun bərpasına və inkişafına, əhalinin sosial rifahının təmin edilməsinə;
10. bu qaydaları pozan gəmi saxlanılacaq və ona yükünün dəyərinin 20%-i həcmində cərimə və müsadirə tətbiq olunacaq.
“Politfm”



