Foto: internet


ABŞ İran limanlarını tam blokadaya alıb, İslam Respublikasının iqtisadiyyatının 90 faizini təmin edən beynəlxalq dəniz ticarəti “tamamilə” dayandırılıb. Bu məlumatı aprelin 14-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.

Bildirilir ki, İran limanlarından çıxan heç bir ticarət gəmisi Amerikanın hərbi gəmilərindən yan keçə bilməyib, altı gəmi “ABŞ qüvvələrinin göstərişinə əməl edərək geri – Oman körfəzində yerləşən İran limanına qayıdıb”.

“İran limanlarının blokadası tam şəkildə həyata keçirilib. Amerika qoşunları İrana və İrandan dəniz ticarətini tamamilə dayandırıb” – CENTCOM komandiri Bred Kuper belə deyib.

Amma “The Wall Street Journal” (WSJ) nəşri iki amerikalı məmura istinadən yazıb ki, son 24 saat ərzində körfəzdən 20-dən çox kommersiya gəmisi keçib.
Nəşr daha sonra əlavə edib ki, səkkiz gəminin keçidinə icazə verilməyib.

“Politfm”