Foto: “Reuters”

 

“Reuters” agentliyi ABŞ administrasiyasındakı anonim mənbələrə istinadən xəbər verir ki, Amerika hökuməti Rusiya neftinin satışına imkan verən, aprelin 11-də artıq bitmiş olan 30 günlük icazənin müddətini uzatmayıb.

ABŞ Rusiyanın tankerlərdəki neftinə qarşı sanksiyaların müvəqqəti dayandırılması qərarını martın 12-də qəbul etmişdi. Məqsəd İrana qarşı hərbi əməliyyatlar başlyandan sonra qlobal neft bazarında yaranmış gərginliyi yumşaltmaq idi. Daha sonra İran neftinə qarşı sanksiyalar da müvəqqəti olaraq dayandırılmışdı. “Reuters” qeyd edir ki, bu güzəşt həftənin sonunda başa çatır və o da uzadılmayacaq.

“Politico” və “The New York Times” nəşrləri də müvəqqəti icazənin müddətinin bitdiyini bildiriblər. “Reuters” bir neçə gün əvvəl onun uzadıla biləcəyini yazmışdı.

Agentliyin son məlumatına görə, icazənin uzadılmaması qərarı həm respublikaçıların, həm də demokratların administrasiyanı tənqid etməsindən sonra verilib.

“Politfm”