Foto: AP (arxiv)
ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada bildirib ki, İrana hərbi silah və texnika satan hər bir ölkəyə 50% gömrük rüsumu tətbiq olunacaq. O əlavə edib ki, bu məsələdə heç bir istisna və güzəşt olmayacaq.
Bu, İranın hərbi potensialını məhdudlaşdırmaq və üçüncü ölkələrin Tehranla hərbi əməkdaşlıqdan çəkindirmək məqsədi daşıyır.
Bu qərar xüsusilə Rusiya, Çin və bəzi digər regional oyunçuların İranla hərbi ticarətinə ciddi zərbə vura bilər. 50 faizlik rüsum ABŞ bazarına çıxışı iqtisadi baxımdan səmərəsiz hala gətirir.
Hazırda bu təhdidin real icra mexanizmi və digər ölkələrin (məsələn, Çin və ya Avropa İttifaqı ölkələrinin) buna necə reaksiya verəcəyi diqqət mərkəzindədir.
“Politfm”



