Foto “Facebook” profilindən götürülüb
Su təsərrüfatına rəhbərlik edən rəsmi şəxsin açıqladığı məlumata görə, son 35 ildə Bakı və Abşeron yarımadasında məskunlaşma ərazilərinin həcmi 2,6 dəfə, əhalinin sayı 2,1 dəfə artıb.
Rəsmi statistikaya görə, 1990-cı ildə paytaxt da daxil olmaqla, Abşeron yarımadasında 2,2 milyon nəfər yaşayıb.
İndikindən fərqli olaraq həmin dövrdə qeyri-rəsmi daxili miqrasiya olmadığı üçün rəqəmlər kifayət qədər realdır.
Hazırda isə rəsmi statistikada bu rəqəmi 3,2 milyon nəfər göstərilir, yəni 45% artım.
Halbuki rəsmi şəxsin dediyi 2,1 dəfə artım bu ərazidə yaşayanların real sayının 4,5 milyon nəfər olduğunu ortaya qoyur.
Başqa sözlə, rəsmi statistikada daxili miqrasiyanın uçotunun olmaması səbəbindən paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir.
Bu cür yalan-palan statistika ilə şəhər və bölgələr üzrə necə inkişaf planlanması aparıla bilər?
Rövşən Ağayaev
iqtisadçı-ekspert



