TRIPP layihəsi barədə müzakirələr dayandırılmayıb və hazırda sənədlərin razılaşdırılması prosesi gedir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən, martın 29-da jurnalistlərə açıqlamasında belə deyib (“news.am”).
“Güman edirəm ki, növbəti mərhələdə hökumətlərarası saziş imzalanmalı, bundan sonra isə müvafiq təşkilat yaradılmalıdır. Biz tikintiyə ilin ortalarında və ya sonuna doğru başlamaq istədiyimizi bildirmişdik, amma bunun nə dərəcədə real olduğunu bilmirəm. Hər bir halda, bu, sadəcə bir arzudur” – Ararat Mirzoyan belə deyib.
TRIPP (“Tramp marşrutu”) layihəsinin təməli 8 avqust 2025-ci il tarixində qoyulum. Sənədi ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Amerika Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar.
“Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasıyla birləşdirməlidir. Bu marşrut həm də regional sülhün və iqtisadi rifahın təminatçısı hesab olunur.
Marşrutu xüsusi yaradılmış “TRIPP Development Company” idarə edəcək. Bu şirkətin səhmlərinin 74%-i ABŞ-yə, 26%-i isə Ermənistana məxsusdur. Azərbaycan bu yoldan tranzit istifadəçisi kimi faydalanacaq.
“Politfm”



