Rusiyadan göndərilmiş 4 vaqon gübrə və 1 vaqon qarabaşaq bu gün tranzitlə Azərbaycandan Ermənistana yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasında qəbul edilmiş qatar daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, ordan da Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 23 min tondan çox taxıl, 700 tondan çox gübrə göndərilib.
“Politfm”



