ABŞ və Yaponiya arasında 73 milyard dollarlıq anlaşma imzalanıb. Martın 19-da əldə olunmuş bu razılaşma iki ölkə arasındakı strateji, enerji və iqtisadi əməkdaşlığın yeni mərhələsi kimi təqdim olunub.

“Kyodo News” və “Jiji press” nəşrləri danışıqların detalları və Yaponiyanın investisiya öhdəlikləri barədə məlumat yayıblar.

​”Assosiated Press” və “Reuters” agentlikləri də sammitin nəticələri və bu razılaşmanın 550 milyard dollarlıq ümumi investisiya planının növbəti mərhələsi olmasıyla bağlı material dərc edib.

Saziş 2025-ci ildə Donald Tramp və Yaponiya hökuməti arasında əldə olunmuş 550 milyard dollarlıq böyük investisiya vədinini bir hissəsi hesab olunur.

​Razılaşmanın ən böyük hissəsini (40 milyard dollar) ABŞ-də yeni nəsil nüvə texnologiyalarının inkişafı təşkil edir. Bu layihə Yaponiya nəhəngi “Hitachi” və ABŞ-nin “GE Vernova” şirkətlərinin birgə müəssisəsi tərəfindən həyata keçiriləcək.

Təxminən 33 milyard dollar həcmində vəsait isə Pensilvaniya və Texas ştatlarında iki böyük təbii qaz elektrik stansiyasının tikintisinə yönəldiləcək. Bu stansiyalar xüsusilə də süni intellektli (Sİ) məlumat mərkəzlərinin artan enerji ehtiyacını qarşılamaq üçün nəzərdə tutulub.

Yaponiya ərazisində ABŞ-nin iştirakıyla birgə neft ehtiyatlarının yaradılması da müzakirə mövzusu olub.

“Politfm”