ABŞ Prezidenti Donald Tramp martın 9-da keçirdiyi mətbuat konfransında bəyan edib ki, İrandakı müharibə əvvvəlcədən müəyyən edilmiş qrafiki qabaqlayır və tezliklə başa çatacaq: “Amma bu həftə yox”.

O, İranda nə rəhbər heyətin, nə hərbi dəniz donanmasının, nə də hərbi hava qüvvələrinin qaldığını iddia edib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə buna cavab olaraq bildirib ki, İslam Respublikasının ordusu müharibənin miqyasını genişləndirməyə hazırdır və onun nə vaxt bitəcəyinə özü qərar verəcək.

Tramp İranı təhdid edərək deyib ki, Hörmüz boğazında neft tədarükünə mane olmağa davam etsə, daha güclü zərbələrə məruz qalacaq.

ABŞ Prezidenti müharibənin sona yaxınlaşdığını deyəndən sonra günün əvvəlində bir bareli 120 dollara çatan neftin qiyməti 90 dollardan aşağı düşüb.

Dünən səhər satlarında ABŞ-nin fond bazarında indekslər düşmüş, neft qiymətləri kəskin artmışdı.

Gərginliyi azaltmaq üçün jurnalistlərə zəng edən Tramp daha ətraflı məlumatla bağlı suallara qeyri-müəyyən cavablar vermişdi:

“Mənim hər şey üçün planım var, aydındırmı? Mənim hər şey üçün planım var. Siz çox razı qalacaqsınız” (“New York Post”).

“Müharibə faktiki olaraq başa çatıb. Biz qrafiki əhəmiyyətli dərəcədə qabaqlayırıq” (CBS News).

Cəmi bir neçə gün əvvəl Tramp bəyan etmişdi ki, İran “qeyd-şərtsiz təslim olmayana” qədər müharibəni dayandırmayacaq.
Görünür, neft qiymətlərinin kəskin artımı onu daha yumşaq mövqe tutmağa vadar etdi.

“Politfm”